22:48
(077) 610-22-33

Fəvvarələr meydanı polis mühasirəsində- AKSİYA HƏYƏCANI

  • >
418 8 Dekabr 2013 14:13 | Hadisə

Bakının Fəvvarələr meydanında aksiya həyəcanı yaşanır.

Sosial şəbəkələrdəki bu gün Azadlıq meydanında mitinq olacağı xəbəri polisi hərəkətə keçirib.

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, Fəvvarələr meydanında və ümumilikdə "Torqovı"da Səbayel rayon polisinin əməkdaşları, rəis müavini mitinqin başlanmasını gözləyirlər.

Eyni zamanda "Azadlıq" meydanında da post-patrol maşınları keşik çəkir.

Fəvvarələr meydanının polis mühasirəsində olduğu söylənilir.

Onlar Avropa Gənclər Hərəkatının keçirəcəyi aksiyaya da hazırlaşıblar.

Aksiyada benzinin bahalaşmasına etiraz bildiriləcək.

AzNews.az
Bağla X