Harada tıxac var?

Həftənin ilk iş günündə paytaxtın bir sıra küçə və prospektlərində tıxac müşahidə olunur.

Bakı-Sumqayıt şosesi, Moskva prospekti, Təbriz küçəsi, akademik Həsən Əliyev küçəsi, akademik Ziya Bunyadov prospekti, Rüstəm Rüstəmov küçəsində nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb.

Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, Xətai küçəsi, Badamdar küçəsi, Zərifə Əliyeva küçəsində nəqliyyat vasitələri sıx hərəkət edir.

AzNews.az