Mayor oğlu ağır qəza törətdi: ölən var

Dekabrın 8-i saat 18 radələrində Kürdəmir rayonu ərazisində rayon sakini Rəhim Sadiqazadə idarə etdiyi "Hyundai Santafe" markalı avtomobillə yolu keçən həmyerlisi Şükufə Hümmətovanı vurub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, piyada hadisə yerində ölüb.

Lent.az-ın məlumatına görə, hadisəni törədən R.Sadiqzadənin 16 yaşı var. O, Kürdəmir rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadiqzadənin oğludur.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az