Bir ailənin 5 üzvü öldü

Türkiyənin Bursa şəhərində soba faciəsi baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir ailənin beş üzvü qaz sızma nəticəsində həyatlarını itiriblər.

Bursanın Osmanqazi rayonunda yaşayan bir ailə faciəvi şəkildə dünyadan köçüb. Eyni otaqda yatan ata, ana və 3 övladı kömür karbonmonoksid qazından zəhərlənərək ölüblər.


AzNews.az