22:49
(077) 610-22-33

Qatar ilə tanker toqquşub - VİDEO

  • >
744 9 Dekabr 2013 20:03 | Hadisə

İndoneziyanın paytaxtında sərnişin qatarı yanacaq daşıyan tankerlə toqquşub. Toqquşmadan sonra partlayış baş verib. Yerli kanalların məlumatına görə, qəza nəticəsində 10 nəfər ölüb, 20 nəfər də müxtəlif bədən xəsarətləri alıb.

Ölənlər arasında qatarın maşinisti də var. Qəzadan sonra qatarın ilk iki vaqonu çevrilib, sərnişinlər təşviş içində qatardan uzaqlaşıblar.

Hələki qəzanın baş verməsinin dəqiq səbəbləri araşdırılır. Amma ilkin versiya kimi sərnişin qatarının keçdiyi yerdə bağlı olmalı olan şlaqbaumun açıq qalması göstərilir.

Xatırladaq ki, qəzanın baş verdiyi yerdə 1987-ci ildə iki sərnişin qatarı toqquşub. Həmin qəzada 156 nəfər həlak olmuşdu.




AzNews.az
Bağla X