Avtobusun vurduğu piyada xəstəxanada öldü

Bakıda avtobus piyadanı vurub, piyada xəstəxanada ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətnbuat xidmətindən verilən məlumata görə, dekabrın 9-u saat 14:00 radələrində Sabunçu rayonu Y.Əliyev küçəsində Bakı şəhər sakini Şahlar Ağayev idarə etdiyi "İsuzu" markalı avtobusla Mikayıl Məhərrəmovu vurub.
M.Məhərrəmov xəstəxanaya daxil olub və orada ölüb.

AzNews.az