Harada tıxac var?

İlk qar Bakının küçələrində nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.

Şəhərətrafı küçələrdə tıxac daha çox hiss olunur. Bakı-Sumqayıt şosesi, Moskva prospekti, Badamdar küçəsi, Azadlıq prospekti, Xətai küçəsi, Təbriz küçəsi, Rüstəm Rüstəmov küçəsində tıxac var.

Şəhərin mərkəzi küçələrində, xüsusilə Bül-Bül prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

AzNews.az