02:19
(077) 610-22-33

Səhiyyə Nazirliyinə 733 müraciət daxil olub

  • >
318 12 Dekabr 2013 14:10 | Hadisə

Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə bu ilin oktyabr-noyabr ayları ərzində 733 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, müraciətlərin 541-i şikayət xarakterli (29-u əsaslı, 334-ü isə əsassız, 178-i cari problemlərlə bağlı şikayət) , 18-i aidiyyəti üzrə deyil, 174-u sorğu xarakterli olub.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

AzNews.az
Bağla X