04:08
(077) 610-22-33

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

  • >
364 12 Dekabr 2013 15:20 | Hadisə

Azərbaycanda sərt hava şəraiti və yolların buz bağlaması ilə əlaqədar olaraq, ölkənin bəzi magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Axşam saatlarında Şamaxı, Quba və Qusar istiqamətində yolların buz bağlayacağı barədə məlumat daxil olub. Bu səbəbdən də bəzi avtomobillərin həmin istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq:

"Əsas etibarilə şinləri qış mövsümünə uyğun olmayan nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq. Əhalidən xahiş olunur ki, həmin istiqamətlərə əsas etibarilə hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən və yaxud ictimai nəqliyyatdan istifadə etməklə getsinlər. Konkret olaraq Şamaxı, eləcə də Ağsu aşırımları istiqamətində hərəkət edən nəqliyyat vasitələri deyilən tələblərə cavab vermədikdə Pereküşküldə yerləşən stasionar postdan buraxılmayacaqlar. Həmin nəqliyyat vasitələri aşağı yolla, yəni Bakı-Qazax yolu ilə Kürdəmirdən keçməklə gedə bilərlər. Bundan əlavə, Quba-Qusar istiqamətində hərəkət edən avtomobillər də Xaçmaz yoluna yönləndiriləcək".

AzNews.az
Bağla X