Müəllimləri daşıyan mikroavtobus qəza törətdi - 6 ölü, 8 yaralı



Malatyada müəllimləri daşıyan avtobus xidmət zamanı yük maşını ilə toqquşub.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, Malatya-Adıyaman magistral yolunun 30-cu kilometrində baş verən qəzada 1 sürücü olmaqla, 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisədə ölən 5 müəllimin hələlik şəxsiyyətləri təyin edilməyib. Yaralılar isə Malatyada müxtəlif xəstəxanalara yerləşdirilib.
Hadisəyə səbəb yolun buzlaşması olub.

Elman
AzNews.az