Bir nəfər intihar məqsədilə özünü dənizə atdı

Bakıda bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

Dərhal "Bakı mərkəz" sularda xilasetmə məntəqəsinin 4 nəfər xilasedicisi, 1 ədəd xilasetmə qayığı və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az