18:16
(077) 610-22-33

Cəlilabadda mantyoru “tok“ vurdu

  • >
403 13 Dekabr 2013 21:23 | Hadisə

Cəlilabad rayon elektrik şəbəkəsinin işçisi, rayonun Sərhədabad kənd sakini Etiqad Musa oğlu Buludov iş başında faciəvi sürətdə ölüb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, dünyasını dəyişmiş usta elektrik xətlərində təmir işləri apararkən cərəyan vurmasından dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, cərayan vurduqdan sonra Etiqad Buludov elektirik dirəyindən birbaşa yerə çırpılıb. Dünyasını dəyişən elektrikin meyiti müyainə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Biriliyinin Cəlilabad rayon şöbəsinə aparılıb. Daha sonra mərhum adiyyatı üzrə yaxınlarına təhvil verilib.

Cəlilabad rayon elektrik şəbəkəsindən verilən məlumata görə, bədbəxt hadisəyə işçinin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


AzNews.az
Bağla X