Goranboyda avtoqəza: 2 ölü

Azərbaycanın Goranboy rayonunda iki nəfərin ölməsi ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 13-ü saat 21 radələrində Goranboy rayonu Abasqulular kəndinin ərazisində qeydə alınıb.

Xocalı rayon sakini Sübhi İsmayılov idarə etdiyi "Mitsubishi-Pajero" markalı avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə şəhər sakini Ziyadxan Kərimov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

AzNews.az