11:48
(077) 610-22-33

9 mərtəbəli binada yanğın

  • >
211 15 Dekabr 2013 10:04 | Hadisə

Bakıda 9 mərtəbəli binada yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda 9 mərtəbəli binanın 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 5 otaqlı mənzilin mətbəxində məişət avadanlıqları və mətbəx mebeli 2 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində dəhlizin və mətbəxin tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X