Neftçilər Xəstəxanasında 12 nəfər yanğından xilas edildi- Yenilənib (Fotolar+Video)

Fövqəladə Hallar Nazirliyi Neftçilər Xəstəxanasında yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, Xətai rayonunda beşmərtəbəli xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağı 9 kv.m sahədə yanıb. Otaqlarının lambirdən ibarət tavanı isə 40 kv.m sahədə əriyib.

Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub. 12 nəfər xilas edilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



***
09:37

Bu gün səhər saatlarından etibarən yanğın başlayan Mərkəzi Neftçilər Xəstəxanasında vəziyyət tam nəzarətə götürülüb.

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə yanğın tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

***
08:44

Bu gün səhər saatlarından etibarən Mərkəzi Neftçilər Xəstəxanasında yanğın başlayıb.


AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ikinci mərtəbədə başlayan yanğın xəstəxananın Bakı şəhər Baş Polis İdarəsinin binası tərəfindən əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunsa da, əraziyə gedən yollarda tıxac olduğundan maşınlar binaya yaxınlaşa bilmir.

Yanğının səbəbləri hələlik məlum deyil.

Hadisə barədə ətraflı məlumat veriləcək.


Azər
AzNews.az
image description image description image description image description