05:45
(077) 610-22-33

Mətbuat Şurasının üzvü Azərbaycanı tərk edib

  • >
236 16 Dekabr 2013 11:43 | Hadisə

Mətbuat Şurası NTK-nın, jurnalist Malik Bayramov Almaniyaya mühacirətə gedib.


Azərbaycan Jurnalistlər Liqasının (AYJ) sədri Yadigar Məmmədlinin verdiyi məlumata görə, vaxtilə "Çeşmə" qəzetinin əməkdaşı olmuş Malik Bayramov təxminən bir ay bundan əvvəl ailəsi ilə birgə Almaniyaya mühacirətə gedib və siyasi sığınacaq almaq üçün Almaniya hökumətinə müraciət edib.

Yadigar Məmmədli sözlərinə görə, AYJ üzvü olan Malik Bayramovun Almaniyaya getməsi təsadüfü deyil. Çünki Almaniyada Malik Bayramovun dostları yaşayır və ölkəni tərk etməmişdən əvvəl özünə artıq müəyyən şərait qurmuşdu:

"Hesab edirəm ki, onun getməyinə səbəb burda öz imkanlarını realizə edə bilməməsidir. Yəqin ki, özünün və ailəsinin gələcəyini Avropada gördüyünə görə ölkəni tərk etdi".(axar.az)
Bağla X