“Shacman“ və “Kamaz“ qəza törətdi

Siyəzən şəhərində "Shacman" və "Kamaz" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol qəza-hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, nəticədə "Shacman" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə edərək çıxarılıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib.


AzNews.az