19:05
(077) 610-22-33

VAZ 21 011 “Mercedes”lə toqquşdu - ölən var

  • >
309 16 Dekabr 2013 20:00 | Hadisə

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonu Alıbəyli kəndinin ərazisindən keçən hissəsində baş verib.

Ağcabədi rayon Poladlı kənd sakini Dadaşov Əli Hüseyn oğlunun idarə etdiyi 05 BC 404 nömrə nişanlı VAZ 21 011 markalı avtomobil Ağdam rayon Əfətli kənd sakini Məhərrəmov Şakir Ağarza oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə toqquşub. Nəticədə VAZ 21 011-in sürücüsü hadisə yerindəcə keçinib.

Yaralı vəziyyətdə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Ş. Məhərrəmovun vəziyyəti isə qənaətbəxş hesab olunur.



AzNews.az
Bağla X