18:09
(077) 610-22-33

Yol qəzasında bir ailənin 4 üzvü xəsarət aldı

  • >
421 16 Dekabr 2013 23:44 | Hadisə

Zaqataladan olan bir ailənin 4 üzvü Şəki rayon ərazisində yol qəzasına düşüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 42-ci km-də, Şəki rayonunun Göybulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki sakini Mahmudov Yadigar Zeyqam oğlunun idarə etdiyi VAZ 2106 markalı 55 BL 127 dövlət nömrə nişanlı avtomobil Zaqatala rayonunun Çobankol kəndinin sakini, 1958-ci il təvəllüdlü Məmmədov Akif Əlibəy oğlunun idarə etdiyi VAZ 2106 markalı 62 BD 945 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan sürücü Akif Məmmədov, avtomobildə olan digər sərnişinlər- Akif Məmmədovun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Məmmədova Axsurə Məhəmməd qızı, onların qızı 1983-cü il təvəllüdlü Rəçidova Aynurə və ailənin gəlini 1990-cı il təvəllüdlü Məmmədova Xəzanə Hacı qızı aldıqları müxtəlıif bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) aparılı. Xəstəxanada yaralılara ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Lakin Akif Məmmədov və onun ailə üzvləri Zaqatalaya qayıtdıqdan sonra yenidən Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, Şəkidə yol qəzasına düşən Akif Məmmədov və onun ailə üzvləri təkrar müayinə olunub. Akif Məmmədovun həyat yoldaşı Axsurə Məmmədovaya sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub və o, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Akif Məmmədov və ailənin digər üzvlərinin xəsarətləri yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar ambulator müalicə almaq üçün evə buraxılıb.

Fakla bağlı Daxili İşlər Nazirliyinin(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


AzNews.az
Bağla X