20:11
(077) 610-22-33

Hacı İbrahimin türkiyəli şəriki həbs olundu

  • >
1 109 17 Dekabr 2013 10:17 | Hadisə

Bu gün səhər saatlarında Türkiyədə polisin keçirdiyi əməliyyat zamanı "Khazar İslands" layihəsində Hacı İbrahim İbrahimovla partnyor olan iş adamı Əli Ağaoğlu saxlanlıb.



AzNews.az xəbər verir ki, bir qrup iş adamı ilə birlikdə saxlanan və Türkiyənin milyarderləri sırasında yer alan Əli Ağaoğlunun adı rüşvət qalmaqalında hallanır.

Qeyd edək ki, Əli Ağaoğlunun bundan bir müddət əvvəl Hacı İbrahimin dəvəti ilə Azərbaycanda səfərə gələrək, layihə ilə tanış olub.

Bundan başqa Əli Ağaoğlunun sahibi olduğu şirkətin Bakının mərkəzində, metronun "Sahil" stansiyasında yerləşən "Zabitlər evi"nin yerində yaşayış kompleksinin tikdiyi də bildirilir.

Binanın tikintisinə BŞİH-dən razılıq alınmasında Hacı İbrahimin vasitəçilik etdiyi bildirilir.


Elnarə
AzNews.az
Bağla X