18:00
(077) 610-22-33

Balıqçıların fəaliyyətinə nəzarət gücləndirildi

  • >
187 17 Dekabr 2013 14:28 | Hadisə

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi qış fəsli ilə əlaqədar Xəzər dənizində meteoroloji şəraitin dəyişkənliyini nəzərə alaraq balıqçıların fəaliyyətinə nəzarəti gücləndirib.

AzNews.az DSX-nin saytına istinadən xəbər verir ki, balıqçıların bəzi hallarda hava şəraitini nəzərə almamaları, yaxud nasaz üzmə vasitələrində dənizə çıxmaları təhlükəli vəziyyət yaradır. Belə vəziyyətlərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları xilasetmə əməliyyatları həyata keçirərək vətəndaşların həyatlarını təhlükədən qurtarırlar.

Son vaxtlar sərhədçilər tərəfindən iki uğurlu xilasetmə əməliyyatı keçirilmişdir. Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində rezin qayıqda dənizə çıxmış və küləyin güclənməsi səbəbindən geri qayıda bilməyən Köçəriyev Mənsim Çərkəz oğlu, Astara rayonunun Kələdəhnə kəndinin ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində sahildən 4 mil aralıda qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən həyatları təhlükə altına düşmüş Dadaşov Tural Səlis oğlu və Məmmədov Kərim Abdulla oğlu sərhədçilərin keçirdikləri xilasetmə tədbirləri nəticəsində qayıqla birlikdə sahilə çıxarılıblar.

AzNews.az
Bağla X