22:49
(077) 610-22-33

Qusarda avtomobil ağaca çırpıldı: yaralı var

  • >
207 17 Dekabr 2013 15:27 | Hadisə

Qusarda minik avtomobili ağaca çırpılıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qusar şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən sıxılmış avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az
Bağla X