23:47
(077) 610-22-33

Ordumuzun əsgəri özünü güllələdi

  • >
371 18 Dekabr 2013 09:36 | Hadisə

Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub.

Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Nazim Hamlet oğlu Zahirov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.(apa)
Bağla X