03:48
(077) 610-22-33

Daha bir əsgərimiz şəhid oldu!

  • >
523 13 Avqust 2012 16:32 | Hadisə


Cəbhə xəttindən daha bir ölüm xəbəri yayıldı. AzNews.az-a daxil olan məlumata görə, hadisə bu gün Ağdam rayonu ərazisində baş verib. İşğal altındakı Yusifcanlı kəndindən Ermənistan Silahli Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rişanov Faiq Mirzəməhəmməd oğlu baş nahiyəsindən güllə yarası alıb. Əsgər dərhal ərazidəki hərbi hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Faiq Rişanov 2012-ci ilin yanvar ayında Yasamal rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Məsələylə bağlı rəsmi açıqlama hələ ki, yoxdur. Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı.


Bahadur Qobustan

AzNews.az



Bağla X