18:34
(077) 610-22-33

Departament əməkdaşları küçələrə çıxacaq

  • >
604 14 Avqust 2012 12:56 | Hadisə

TXD gücləndirilmiş rejimdə işləyəcək



Ramazan bayramı ərəfəsində və bayram günlərində Bakı Şəhər Ticarət və Xidmət Departamenti gücləndirilmış rejimdə işləyəcək. Bu barədə məlumat Bakı şəhər TXD-dən verilib. Məqsəd bayram günlərində şəhərdə küçə ticarətinin qarşısını almaqdır.


Əsasən bayram ərəfəsində küçə ticarətinə cəhdlərin artdığı nəzərə alınaraq şəhərin müxtəlif ərazilərində reydlər intensivləşdiriləcək. Xüsusilə də bazar və yarmarkaların ətrafında, metroların giriş və çıxışlarında heç bir sanitariya-gigyena qaydalarına əməl olunmadan məhsulların satışına imkan verilməyəcək.

Məlumat üçün bildirək ki, Bakı meri Hacıbala Abutalıbovun qərarına əsasən paytaxtda küçə ticarəti 2001-ci ildən qadağan edilib.


Kəmalə

AzNews.az

Bağla X