İslam Partiyasının üzvü həbsxanada öldü

Azərbaycanda məhkum həbsxanada dünyasını dəyişib. APA-nın məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 1966-cı il təvəllüdlü Novruzov Füzuli Novruz oğlu ürək tutmasından vəfat edib.

Qeyd edək ki, F. Novruzov Azərbaycan İslam Partiyasının üzvüdür. O, bu ilin fevralında narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib.


AzNews.az