Ordumuzun əsgəri intihar etdi

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu intihar edib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rahim Nail oğlu İsmayılov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, mərhum 2013-cü ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıbmış.

AzNews.az