“Qara yara”dan bakterioloji silah kimi istifadə daha təhlükəlidir “Qara yara”dan bakterioloji silah kimi istifadə daha təhlükəlidir

Azərbaycanda yeni referens laboratoriya tikilir - Eksklüziv

“Qara yara”dan bakterioloji silah kimi istifadə daha təhlükəlidir



Azərbaycanla Amerika arasında bioloji təhlükəsizliklə bağlı dövlətlərarası müqavilə çərçəvəsində ölkəmizdə yeni referens laboratoriya tikilir. Laboratoriyanın tikintisi 2014-cü ildə başa çatacaq. ABŞ tərəfi dünyada terrorçuların qara yara və digər mikroblardan bioloji silah kimi istifadəsi imkanlarının qarşısını vaxtında almaq məqsədilə bu mikrobun olduğu ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlıq edir. Əməkdaşlıq çərçəvəsində sözügedən laboratoriyanın tikintisi, müasir avadanlıqlarla təmini, mütəxəssislərin hazırlanması, azərbaycanlı mütəxəssislərin treninqlərdə iştirakı kimi məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, qara yaradan bakterioloji silah kimi istifadə çox təhlükəlidir. 2001-ci ildə Amerikada "qara yara"nın yayılması böyük ajiotaj yaratmışdı. "Qara yara"dan bakterioloji silah kimi istifadə halında genlərin tərkibinə təsir olunaraq xəstəliyin müalicə olunması imkanları aradan qaldırılır, eləcə də insanı məhvetmə xüsusiyyəti gücləndirilir.

Məlumat üçün bildirək ki, Azərbaycanla ABŞ arasında olan müqavilə çərçəvəsində əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə ölkəmizə bu vaxta qədər səfar edənlər arasında ABŞ-in indiki prezidenti Barak Obama da olub. Obama ABŞ Senatının Xəzər regionu üzrə təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi Konqresin xarici əlaqələr komitəsinin sədri Lüqarla birlikdə 2005-ci ildə Bakıya səfər edib.

Kəmalə
Aznews.az