Əsgər ziyarətinə gedərkən qəzada həlak olan ailə - Video

Şəkidən Lənkərana əsgərlikdə olan oğlunu görməyə gələn ailənin başına gələn dəhşətli qəzanın kadrları yayılıb. Apa Tv-yə istinadən həmin görüntüləri sizlərə təqdim edirik:




***
05.01.2014
12:35
Bakı-Astara yolunda dəhşətli avtomobil qəzası baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Lənkəran şəhəri yaxınlığında, "Port" deyilən ərazidə Həsənov Samitin idarə etdiyi 02 BA 768 dövlət nömrə nişanlı VAZ 21 03 markalı minik maşını əks istiqamətdə hərəkət edən 10 ZH 911 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını ilə toqquşub.

Baş vermiş qəza nəticəsində VAZ 21 03 minik maşınında olan 3 nəfər - Həsənov Samit, Həsənova Hüsniyyə və 20-25 yaşlı şəxsiyyətini müəyyənləşdirə bilmədiyimiz xanım hadisə yerindəcə keçiniblər. Şahidlərin məlumatına görə, qəzaya səbəb Samit Həsənovun ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və əks istiqamətdə hərəkət edən TIR-ın yoluna çıxmasıdır.

İlkin ehtimallara görə, qəza nəticəsində minik maşınında dünyasını dəyşənlər bir ailənin üzvü olublar. Onlar cənub bölgəsində N saylı hərbi hissələrin birində xidmət çəkən digər ailə üzvünün yanına görüşə gedirmişlər. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.(axar.az)

image description image description image description image description