3 aylıq körpə öldü- Bakıda

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində 3 aylıq körpə naməlum səbəbdən dünyasını dəyişib.

AzNews.az-ın anspress-ə istinadən xəbərinə görə, bu barədə Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Hadisə Maştağa qəsəbəsi Seyid İbadağa küçəsi, 5 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan ailənin 3 aylıq körpəsi Hüseyn Məmmədlinin naməlum səbəblərdən temperaturu yüksəlib. Təcili yardım çağırılsa da, körpə həkimlər gələnə qədər keçinib.

Hazırda ölümün səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az