Türkiyəli məhkumdan mobil telefon götürüldü

Bakıda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Türkiyə vətəndaşından mobil telefon götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahin Mehmet Salahəddinin iş yerinə baxış keçirilib.

Baxış zamanı kətildə düzəldilmiş gizli saxlanc yerindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı və 2 ədəd GSM danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Ş.M.Salahəddin Cinayət Məcəlləsinin 317-2.2 və 67-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az