Rza Zərrab istefa verdi - RƏSMİ

Türkiyədə rüşvət ittihamı ilə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab tutduğu vəzifədən istefa verib. O, "Sarkuysan Elektrolitik Bakır Sanayi ve Ticaret A.Ş"in idarə heyətindən istefa verdiyini açıqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurum yazılı açıqlama ilə çıxış edib. Açıqlamada bildirilir ki, 2013-cü il iyunun 20-də Rza Zərrab qurumun idarə heyətinə üzv seçilib. 2014-cü il yanvarın 6-da isə o, idarə heyəti üzvlüyündən istefa verib.

Elnarə
AzNews.az