Türkiyə vətəndaşı qəza törətdi- Goranboyda

Bakı-Qazax avtomobil magistralının Goranboy rayon ərazisindən keçən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb.

Hadisə ötən gün saat 22:00 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində baş verib.

Belə ki, Gəncə şəhərində müvəqqəti yaşayan Türkiyə vətəndaşı Sərxan Təmiz idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 73 yaşlı Dəliməmmədli şəhər sakini Vaqif Məmmədovu və onun nəvəsi 8 yaşlı Akom Azadovu vurub. Nəticədə V.Məmmədov aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerindəcə keçinib, zərər çəkən azyaşlı isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

A.Azadovun vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü piyadaları vurduqdan sonra hadisə yerindən qaçıb. Lakin çox keçməyib ki, yol polisi S.Təmizi saxlaya bilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

AzNews.az