Dəhşətli statistika - 1164 ölü, 2948 yaralı

Azərbaycanda 2013-cü il ərzində 2846 yol nəqliyyat hadisəsi baş verib.

Baş vermiş yol qəzaları zamanı 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli bədən xəsarətli alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, 2012-ci illə müqayisədə hadisələrin sayı 46, ölüm sayı 4, xəsarət alanların sayı 49 fakt azalıb.

Kamran Əliyev bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

AzNews.az