Rafiq Tağının qətli ilə bağlı cinayət işi üzrə icraat dayandırldı- FOTO


Yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı başlanan cinayət işi üzrə icraat dayandırılıb.


AzNews.az-ın məlumatına görə, bu barədə R. Tağının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov "facebook" sosial şəbəkəsində status yazıb.

Statusda vəkil Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük müstəntiqi Nadir Mirzəyevin imzası ilə onun adına göndərilən məktubun fotosunu da paylaşıb. Həmin məktubda icraatın dayandırıldığı qeyd olunub.

Qeyd edək ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

AzNews.az
image description