İl ərzində 514 it dişləməsi faktı- Şəkidə

2013-cü il ərzində Şəkidə 514 it dişləməsi faktı qeydə alınıb.

AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, son dövrlərdə Şəkidə sahibsiz itlərin sayı çoxalıb. Şəhərin küçə və prospektlərində hətta gündüz saatlarında da sürü halında gəzən itlər sakinlər üçün böyük təhlükə mənbəyinə çevrilib. Bir çox hallarda isə insanlar itlərin hücumuna məruz qalır.

Sonuncu belə fakt ötən gün Şəkinin "STMF binaları" adlanan yaşayış məskənində qeydə alınıb. Ərazidə itlərin sayının nəzərəçarpacaq dərəcədə artımı xüsusən gecə saatlarında sakinlər üçün böyük təhlükə törədir.

Artıq yeni ilin ilk günlərində Şəkidə bir neçə nəfər bu təhlükə ilə üzləşib. Belə ki, ötən 8 gün ərzində 9 nəfər it dişləməsi faktı ilə bağlı Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxanadan verilən məlumata görə, bu göstərici təhlükənin artan miqyasından xəbər verir.

AzNews.az