Bakıda Səudiyyə Ərəbistanı vətəndaşı qarət edildi


Bakıda Səudiyyə Ərəbistanı vətəndaşı Almaki Abdullanı qarət edən 3 nəfər saxlanılıb.


AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə A.Abdulla "Koroğlu" metrostansiyasının qarşısından Beynəlxalq Hava Limanına getmək istəyərkən baş verib.

Taksi adı ilə Səudiyyə Ərəbistanı vətəndaşını avtomobilə mindirən şəxslər onu naməlum istiqamətə apararaq çantasını və üzərində olan 1500 ABŞ dollarını götürüblər.

Yanvarın 6-da baş verən faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi açılıb.

Əcnəbini qarət edən şəxslər yanvarın 8-də saxlanılıb.

Elnur
AzNews.az