3 uşaq atasını elektrik cərəyanı öldürdü

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın məlumatına görə hadisə bu gün Göyçay şəhərinin Vidadi küçəsindəki 10 saylı mənzildə qeydə alınıb. 1955-ci il təvəllüdlü İbrahimov Rasim Rəhim oğlu yaşadığı evin tavanındakı lampanı dəyişərkən onu elekrtik cərəyanı vurub. Rasim İbrahimov elektrik cərəyanının təsiri nəticəsində yerə yıxılaraq kəllə-beyin travması alıb.

Üç uşaq atası olan Rasim İbrahimov rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə mərkəzi rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


AzNews.az