Amerikanın hərbi helikopteri qəzaya uğrayıb- Yenilənib

Xəbər verdiyimiz kimi, dünən ABŞ Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğramışdı.

AzNews.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində helikopterdə olanlardan 2 hərbçi ölüb, 1 nəfər isə itkin düşüb.

Hazırda onun tapılması ilə bağlı axtarış aparılır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Elnur Soltanoğlu
AzNews.az


***
08.01.2014
22:04

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika hərbi helikopteri 8 yanvarda Virciniya ştatının sahil zolağında qəzaya uğrayıb.

Ağır nəqliyyat helikopteri CH - 53E Horfolk rayonunda yerə düşüb. ABC telekanalının xəbərinə görə helikopterdə 5 nəfər olub.

Hazırda axtarış - xilasetmə işləri görülür.

Ekipajın taleyi və hadisənin təfərrüatları barədə məlumat verilmir.


Əli
AzNews.az