İkimərtəbəli ev yandı

Gəncə şəhərində güclü yanğın baş verib.

AzNews.az-ın Kəpəz TV-yə isitinadən verdiyi məlumata görə, hadisə nəticəsində ikimərtəbəli evin ikinci mərtəbəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Qeyd edək ki, yanğın zamanı mənzildə olan şəxslər alovdan xəsatəsiz xilas ola bilib.

Yanğın Müslüm Maqamayev küçəsi 20 ünvanında Oqtay Abdullayevə məxsus fərdi yaşayış evində baş verib. Alovu söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürəni və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlərə baxmayaraq ikimərtəbəli evin ikinci mərtəbəsi və çardaq hissəsi əşyarlarla birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi ilə yanaşı digər strukturların əməkdaşlarıda cəlb olunb. Yanğının baş vermə səbəbləri araşdırılır.

AzNews.az