03:34
(077) 610-22-33

Əqrəb əsgəri sancdı

  • >
390 16 Avqust 2012 08:34 | Hadisə

Həkimlər ona ilkin tibbi yardım göstəriblər və əsgər xəstəxanaya yerləşdirilib



Ötən gün Bakıda 2 nəfəri əqrəb sancıb. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın anspress-ə verdiyi məlumata görə, hadisə paytaxtın müxtəlif rayonlarında baş verib.

Belə ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində N saylı hərbi hissədə 20 yaşlı əsgəri əqrəb sancıb. Həkimlər ona ilkin tibbi yardım göstəriblər və əsgər xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 21 yaşlı qadını evlərinin həyətində əqrəb sancıb. Təcili yardım həkimləri ona ilkin tibbi yardım göstəriblər. O da xəstəxanaya yerləşdirilib.


AzNews.az

Bağla X