- Köhnə - Hadisə
- 9 Yanvar 2014 11:21
- 1 512
Hava küləkli olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yanvarın 10-da Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz olacaq. gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
A.Vetdiyev deyib ki, yanvarın 11 və 12-də ölkə ərazisində havanın temperatur rejimində ciddi fərq olmasa da, hava küləkli keçəcək. həmin günlərdə şimal küləyi çənub-qərb külıəyi ilə əvəzlənəcək, arabir güclənəcək.
AzNews.az