“Polis əməkdaşı“ həbs edildi

Azərbaycanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, Zaqatala rayon sakini Ülvi Mustafayev polisə müraciət edərək bildirib ki, həmyerlisi, 26 yaşlı Rövşən Məmmədov rayonun Əmirov küçəsində özünü polis əməkdaşı kimi təqdim edərək onun mobil telefonunu əlindən alıb.

R.Məmmədov tutulub. Faktla bağlı araşdırma aparılır.

AzNews.az