92810 vergi ödəyicisi qanunu pozub


Vergilər nazirliyinin operativ nəzarət tədbirləri nəticəsində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Nazirliyin analitik-informasiya şöbəsindən verilən xəbərə görə, 2013-cü il ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 92 min 810 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Operativ nəzarət tədbirləri zamanı 5 min 244 vergi ödəyicisi tərəfindən 3 min 371 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2 min 423 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 727 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 17 min 170 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Amid Əyyuboğlu
AzNews.az