Cəlilabadda ev yanıb

Cəlilabad rayonunun Uzuntəpə kəndində güclü yanğın olub.

ANS PRESS-in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, yanğın Zahid Həsənova məxsus yaşayış evində baş verib. 4 otaqda baş verən yanğın bütün evi cənginə alıb.

Yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanaraq tamamilə yararsız vəziyyətə düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğının elektrik naqillərindəki qısa qapanmadan baş verdiyi bildirilir. Cəlilabad rayonunun Yanğından Mühafizə dəstələrinin texnikaları hadisə yerinə gələrək yanğının əlavə tikililərə keçməsinin qarşısını alıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.


AzNews.az