Dövlət Dram Teatrının aktyoru vəfat edib

EL TV məlumat verir ki, Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına ağır itki baş verib.

Teatrın aktyoru, tanınmış sənətçi Zülfü Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. O, bu gün doğulduğu Goranboy rayonunun Zeyvə kəndində torpağa tapşırılıb.

Sənətkarı ailə üzvləri, yaxın qohumları və sənət dostları son mənzilə yola salıb. Sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Zülfü Məmmədovun vəfatı ilə Mingəçevir Dövlət Dram Teatrı özünün əvəzolunmaz simasını itirib.(trend)