- Köhnə - Hadisə
- 10 Yanvar 2014 11:21
- 1 904
Qatar bələdçilərinin aksiyası yekunlaşdı: Onlara nə vəd edildi? - YENİLƏNİB
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov AzNews.az-a açıqlamasında kişi qatar bələdçilərinin qadınlarla əvəzlənməsinə etiraz etməsi faktını təsdiqləyib. O deyib ki, bu məsələ ilə bağlı hazırda etiraz edən tərəflərlə danışıqlar aparılır: " Problem qısa vaxtda həll olunacaq və bununla bağlı ətraflı məlumat veriləcək". (10:21)
***
"Kişi qatar bələdçiləri adıçəkilən işdən uzaqlaşdırılsalar da, onlara qurumda digər işlər təklif olunur". Bunu AzNews.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov deyib. O bildirib ki, etiraz edən bələdçilərin sayı 30-a yaxındır: "Bələdçilər bizim qurumdan işdən çıxarılmayacaqlar. Onlara başqa iş təklif olunsa da, hələlik bələdçilər bununla razılaşmırlar".
N. Əziməmmədov danışıqların davam etdirildiyini bildirib.(10.33)
***
"Kişi qatar bələdçilərinin aksiyası yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub".
Bunu AzNews.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov deyib. O bildirib ki, aksiya keçirənlər Bakı-Xarkov qatarının bələdçiləri olub: "Dəmiryol Nəqliyyatında Sərnişindaşımalar Departamentinin qərarına əsasən bütün beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda kişi bələdçilər qadınlarla əvəz olunacaq. Bu qərarın icrası ilk olaraq Bakı-Xarkov qatarından başlayıb. Həmin qatarlarda bütün bələdçilər qadınlarla əvəzlənəcək".
N. Əziməmmədov əldə olunan razılıq haqda da danışıb: "Aksiya iştirakçıları ilə razılığa gəldik ki, onlar yerli qatarlarda bələdçi vəzifəsində çalışacaqlar".
"Azərbaycan Dəmir Yolları" QSC sözçüsü əlavə edib ki, yerli istiqamət üzrə hərəkət edən qatarların bələdçilərinin aylıq məvacibləri, beynəlxalq reysdə işləyən bələdçilərin maaşlarından daha çoxdur.
Amid
AzNews.az