01:54
(077) 610-22-33

Bu rayonlarda qaz olmayacaq- Siyahı

  • >
286 10 Yanvar 2014 10:19 | Hadisə

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 10 yanvar 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək Ağdaş rayonunun bir hissəsinə, saat 10:00-dan 13:00-dək Xətai rayonunun bir hissəsinə, saat 10:00-dan 15:00-dək Qazax rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Eləcə də bu gün saat 10:00-dan 17:00-dək İsmayıllı, Şamaxı və Yevlax rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Binəqədi, Nəsimi, Yasamal və Xızı rayonlarının bir hissəsinə, saat 11:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 11:00-dan 18:00-dək Hacıqabul rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək isə Mingəçevir şəhərinin bir hissəsinə təbii qaz verilişində fasilələr olacaq.

AzNews.az
Bağla X