“İsmayıllı məhbusları”ndan birinin intihar xəbəri yayıldı

"İsmayıllı işi"nə görə hazırda məhkəməsi davam edən Səxavət Səmədovun intihara cəhd etməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Məlumata görə, S.Səmədov intihara cəhd edib və xəstəxanaya aparılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Mehman Sadıqov yayılan xəbərlərlə bağlı AzNews.az-a açıqlamasnda informasiyanın həqiqətə uyğun olmadığını bildirib.

M.Sadıqovun sözlərinə görə, yayılan xəbərlərlə bağlı Şəki İstintaq Təcridxanası ilə də əlaqə yaradılıb və xəbər təsdiqini tapmayıb.


Elnarə
AzNews.az