Göygöldə silahlı insident

Daxili İşlər Nazirliyi yanvarın 7-də saat 22 radələrində Göygöl rayonu Qızılqaya qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinə verilən məlumata görə, qəsəbə ərazisində yerləşən "Duru" kafesinə gəlmiş şəxslər havaya və otaqların tavanına ov tüfəngindən atəş açaraq gediblər. Xəsarət alan olmayıb, kafeyə qismən ziyan dəyib.

Hadisə yerinə baxış zamanı 1 ədəd patron və 16 ədəd boş giliz aşkar edilərək götürülüb.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Göygöl şəhər sakinləri Müşfiq Hacıyev, Nuriddin Hacıyev, Gəncə şəhər sakini Azər Əliyev və Bakı şəhər sakini Tahir Rəhimov saxlanılıb.

M.Hacıyevdən müvafiq sənədləri olan "Sayqa-410 K" markalı silah, güllə darağı və 21 ədəd güllə, N.Hacıyevdən isə müvafiq sənədləri olmayan "Maverlick" markalı ov tüfəngi və 3 ədəd güllə götürülüb.

AzNews.az